Qızı Jasmindən yazan Nigar: "Balaca balam kimi qalacaqsan" - VİDEO
Müğənni Nigar Camal qızı Jasminlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında övladının görüntülərini izləyiciləri ilə bölüşüb.
Nigar video və fotoya "Sənin neçə yaşın olursa-olsun, sən həmişə mənim balaca balam kimi qalacaqsan" sözlərini yazıb.
İfaçının bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Jasmin 18 yaşındadır. O orta məktəbi Londonda bitirib.
Nigar Camalın Jasmindən başqa Səidə adlı qızı da var.
BAKU.WSMənbə: baku.ws