Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir - FOTO
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb. C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq. BAKU.WS

Mənbə: baku.ws