Image

Lerikə qar yağdı, hər yan ağ örpəyə büründü - VİDEO

Lerik rayonuna yağan qar ətrafı ağ örpəyə bürüyüb. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib.

Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq