Image

Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə 9 ayda 25,9 milyon ton yük daşınıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə 25,9 milyon ton yük daşınıb. Yükdaşımaların ən böyük hissəsi Şərq-Qərb nəqliyyat dəhlizinin payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton, avtomobil nəqliyyatı ilə 8 milyon 490,6 min ton, dəniz nəqliyyatı ilə isə 5 milyon 370,1 min ton yük daşınıb.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə 14 milyon 741,3 min ton, Şimal-Cənub dəhlizi ilə 6 milyon 867,2 min ton, Şimal-Qərb dəhlizi ilə 3 milyon 886,9 min ton, Cənub-Qərb dəhlizi ilə isə 447 min ton yük daşınıb.

Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 7 milyon 507,2 min ton təşkil edib.

Dəmir yolu ilə daşınan yüklərin 47%-i, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,6%-i tranzit yüklərin payına düşüb.

Mənbə: anews.az

Xəbər lenti