Image

FHN ötən həftə 61 nəfəri xilas edib, 6 nəfərin meyitini təhvil verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 61 nəfəri xilas edib. Onlardan 8-i azyaşlı olub. Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə yanğın hadisələri ilə bağlı 182 çıxış olub. Bundan başqa, 44 köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin qüvvələri müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtoqəza hallarında 6 nəfərin meyitini aidiyyəti üzrə təhvil verib.

FHN-in məlumatına görə, görülən təcili tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.

Mənbə: anews.az

Xəbər lenti