Image

Məğlub olmağımız utancvericidir - Mutu

Məğlub olmağımız utancvericidir.

Gundem.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”.

Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: “Bu gün hücum xəttində olan bütün oyunçuları meydançaya buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm”.

O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq