Image

Masazırda avtomobil yanıb - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Abşeron rayonunun Masazır qəsəbəsində “BMW” markalı avtomobilin yanması nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, avtomobil naməlum səbəbdən alovlanıb. Nəqliyyat vasitəsində olan üç nəfər xəstəxanaya aparılıb. Tibbi müdaxiləyə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadənin öldüyü bildirilib.

Digər iki şəxsin müalicəsi xəstəxanada davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb