Image

Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında görüşüb.

Görüşdə tərəflər Azərbaycan–ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətini müzakirə ediblər.

Həmçinin Cənubi Qafqaz və Xəzər regionunda enerji layihələri, qaz nəqli və bu sahədə əməkdaşlığın şaxələndirilməsi imkanları gündəmə gətirilib.

Mənbə: anews.az

Xəbər lenti