Image

Böyük Dayağın qaloşları... - Vəkil Mehman Muradlı

Vəkillərlə bağlı beynəlxalq tədbirlərin birində Rusiya Vəkillər Palatasının vitse-prezidenti, Dağıstan Vəkillər Palatasının sədri Akif Beybutov xoş paxıllıq hissi ilə Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılmasından danışdı və bu cür məhdudiyyətin Rusiyada tətbiq olunmamasını Rusiya vəkillərinin zəifliyi ilə əlaqələndirdi.

Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılması birbaşa kollegiyanın sədri Anar Bağırovun adı ilə bağlıdır. Anar Bağırov kollegiyaya sədr seçiləndən sonra ilk işi nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı həm qanunverici və həm də mərkəzi icra hakimiyyəti orqanı ilə apardığı danışıqlardan sonra reallaşdı. Bundan sonra Azərbaycanda vəkillik institutu özünün intibah dövrünə qədəm qoydu. 

Şübhəsiz, bu yolda mane olmaq istəyənlər var idi. Mane olmaq istəyən qaloşlar, yastı salmanlar, yarməmmədlər nümayəndəlik institutunun məhdudlaşdırılmasından sonra məhkəmə-hüquq sisteminin iflic vəziyyətə düşəcəyi barədə fikirlər səsləndirməyə başladılar. Səbəb aydın idi. Lakin həmin yastı salmanları, məmmədyarların nəlbəkidə fırtına qoparmaq cəhdləri elə cəhd olaraq qaldı. 

Gələk son hadisədən bir neçə gün əvvəl Azərbaycan Vəkillər Kollegiyasının əsası Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyulmuş "Vəkil Günü" ilə bağlı tədbirinə.

Həmin tədbirdə kollegiyanın gördüyü və gələcəkdə planlaşdırdığı işlərlə bağlı Anar Bağırovun məruzəsi ətrafında qanunvericilik orqanından tutumuş mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinin, hüquqşunas alimlərin, ictimaiyyət nümayəndələrinin verdiyi yüksək qiymət Anar Bağırovun düşmənlərini qıcıqlandırmaya bilməzdi.

Həmin düşmənlər – yastı salmanlar, yarməmmədlər, qaloşlar həmin tədbirdən sonra yenə nəlbəkidə ‘fırtına’ qoparmaq üçün yol axtarırdılar. 

Dünyada 40 saniyədən bir baş verən bir hadisə həmin qaloşlar, yastı salmanlar, yarməmmədlər üçün göydən düşmə fürsət oldu. Amma onlar yenə yanıldılar. Anar Bağırov həmin yastı salmanlarla, yarməmmədlərlə tək başına vuruşdu, Azərbaycan Vəkilliyinin Böyük Dayağı oldu.

P.S. A Səhnə, görən, o it kimə hürür?

Mehman Muradlı

"İnformasiyalı Cəmiyyət Uğrunda İctimai Birliyi"nin sədri

Mənbə: gundem.az

Xəbər lenti