Image

Aygün Bəylərin cənazəsi yaxın saatlarda Bakıya yola salınacaq - RƏSMİ

Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşıb.

Bu barədə Gundem.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

A. Bəylərin cənazəsini gətirən təyyarə Türkiyə vaxtı ilə saat 14:00-da (Azərbaycan vaxtı ilə saat 15:00-da) xüsüsi reyslə Ankaradan Bakıya yola düşəcək.

Vida və dəfn məsələləri haqda cənazə Bakıya çatdıqdan sonra əlavə məlumat veriləcək.

Mənbə: gundem.az

Xəbər lenti

Prezident fərman imzalayıb