Image

ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə minatəmizləmə proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Senatının rəsmi saytında dərc olunan 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat qeydində bildirilib.

"ABŞ Senatının Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionundakı ada dövlətlərində adi silahların məhv edilməsi, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi proqramları üçün ən azı 265 milyon dollar ayrılmasını tövsiyə edib", - deyə sənəddə qeyd olunub.

Mənbə: baku.ws

Xəbər lenti

Putin Çinə gedib

Türkiyədə zəlzələ olub

Lənkəranda ev yanıb