Image

Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Nazir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bakıda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycan Avropa İttifaqı və Almaniya üçün etibarlı tərəfdaşdır. Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq”, – deyə o bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Putin Çinə gedib

Türkiyədə zəlzələ olub

Lənkəranda ev yanıb