“Apple” xidmətlərində qlobal nasazlıq yaranıb
Dünyanın müxtəlif ölkələrində istifadəçilər “Apple” şirkətinin xidmət və tətbiqlərinin işində nasazlıqlarla üzləşiblər.Bu barədə “Downdetector” portalı məlumat yayıb.
Məlumata görə, problemlərlə bağlı çoxsaylı şikayətlər saat 21:00-dan etibarən daxil olmağa başlayıb.
Bəzi “iPhone” istifadəçiləri tətbiqləri yükləyə bilmədiklərini bildiriblər. Yükləmə zamanı ekranda serverlə əlaqənin qurulmadığı barədə bildiriş görünüb.
Digər istifadəçilər isə yeni cihazların aktivləşdirilməsi və şəxsi hesablara girişlə bağlı çətinliklər yaşadıqlarını qeyd ediblər.
Həmçinin “Apple Pay” və “iCloud” xidmətlərinin işində də nasazlıqlar yarandığı barədə dünyanın müxtəlif ölkələrindən şikayətlər daxil olub.
Mənbə: anews.az