Aygün Bəylərin dəfn yeri BƏLLİ OLDU
“Güman ki, Əməkdar artist Aygün Bəylərin dəfni sabah olacaq”. BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında sənətçinin bacısı Zümrüd Hümbətova deyib. Onun sözlərinə görə, cənazə Bakıya hələ gətirilmədiyi üçün dəfn sabaha nəzərdə tutulur. “Güman ki, sabah günorta saatlarında dəfn olunacaq. Dəfn yeri kimi Suraxanı qəbiristanlığı nəzərdə tutulub”, - o vurğulayıb. BAKU.WSMənbə: baku.ws