Image

Aygün Bəylərin qızından danışan Firuzə İbadova: "Dedim ağlama ki, o narahat olmasın " - FOTO

Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, məclisdə mərhumun ailə üzvləri, yaxınları və bəzi sənət dostları iştirak edirlər. Onlardan arasında Əməkdar artist Firuzə İbadova da var.

O, BAKU.WS-ə açıqlamasında Əməkdar artistlə bağlı xatirələrini bölüşüb:

"Biz onunla ailəvi çox yaxınıq. O qızlar hamısı gözümün qabağında böyüyüb. Xəstəxanaya gedən günü onunla əlaqə saxladım. Bacıları da çox əziyyət çəkirdi. Biz bilirsiniz kimi itirdik. Biz Azərbaycan musiqisinə qida verən bir incini itirdik. O böyük musiqiçi idi. Mənim solo konsertim olanda gəlmişdi. Dedi bu konsertlərdən çoxlu et.Biz onunla çox şey bölüşürdük. Cananla bağlı böyük arzularərı var idi. Dünən Canana dedim ki mən gəlmişəm sənin yanına ağlama ki o narahat olmasın".

Xatırladaq ki, Aygün Hümmətova bu il yanvarın 6-da gecə saatlarında Türkiyənin paytaxtı Ankarada vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Mərhumun müalicə üçün Türkiyəyə getdiyi qeyd edilib. O uzun müddət idi ki xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Prezident fərman imzalayıb