Elnarə Xəlilova: "Aygünü o vəziyyətdə görmək çox çətin idi"
"Biz onunla çox da yaxın tanış olmasaq da mən əminəm ki, biz bir-birimizi uzaqdan da olsa sənətini bəyənirdik. Könüldən könülə həmişə yol olur. Aygün xanımı çox sevirdim. Tələbələrimlə onu mərkəzimizdə qonaq etmişdik. Yeni layihələr etmək istəyirdik. Əcəl imkan vermədi."
Bu sözləri BAKU.WS-ə açıqlamasında Əməkdar artist Elnarə Xəlilova deyib. Hazırda Əməkdar artist Aygün Bəylərin vida mərasimində iştirak edən Xəlilova onun son günlərdə vəziyyətinin ağırlaşdığını və konsertində çətinliklə ifa etdiyini bildirib:
“Konsertinə gələ bilmədim. Onu o vəziyyətdə görmək istəmədim. Tələbələrim getmişdi. Video çəkmişdilər. Aygünü o vəziyyətdə görmək çox çətin idi."
Qeyd edək ki, Aygün Bəylər 1975-ci ildə avqustun 22-də Bakıda doğulub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 2002-ci ildə “Əməkdar artisti fəxri adına layiq görülüb.
BAKU.WSMənbə: baku.ws