Image

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub.

BAKU.WS Report-a istinadən xəbər veirr ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinin milliyyətcə azərbaycanlı olan 38 hərbçisi həlak olub. Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanlı həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşları olan azərbaycanlılardır.

Qeyd edək ki, rəqəmlər "Report"un özəl araşdırmasına əsasən qeyri-rəsmi statistikadır, say daha da çox ola bilər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti