Image

İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video

İsmayıllıda qarlı və şaxtalı hava şəraiti səbəbindən idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin  “112” qaynar telefon xəttinə kömək üçün məlumat daxil olub.Məlumatla əıaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.

 

Mənbə: anews.az

Xəbər lenti

ADY yay qrafikinə keçir