Image

Bakıda sıxlıq olan yolların SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

5. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında;

6. İstiqlaliyyət küçəsi, "Sabir" parkının qarşısında;

7. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir