Image

11 ayda Dövlət Miqrasiya Xidmətinə 80 minə yaxın müraciət daxil olub

2025-ci ilin  on bir ayında Dövlət Miqrasiya Xidmətinə müvəqqəti və daimi yaşama icazələri ilə bağlı 80151 müraciət daxi olub. Bu barədə Anews.az-ın sorğusuna Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

"Son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş hallarda ölkə ərazisində daimi yaşamaq üçün icazə verilir. Həmin şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.",- məlumatda bildirilib.

Ölkə ərazisində daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

ADY yay qrafikinə keçir