Image

23 yaşlı qız dəm qazından boğularaq ölüb

Cəlilabad sakini dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Məlumata görə, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı Cəlilabad Rayon Pokurorluğunda araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti