Image

Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib

Qusarda bir ailə üzvü dəm qazından zəhərlənmə nəticəsində ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib. Hadisə rayonun Əniğ kəndində baş verib.

Kənd sakini 1962-ci il təvəllüdlü Riman Əlisultanov evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Onun arvadı, 1965-ci il təvəllüdlü Əntiqə Qasımova, və nəvəsi, 2025-ci il təvəllüdlü E. Əlisultanov, xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq