Image

Şahin Bağırovdan yeni təyinat

Dövlət Gömrük Komitəsinənin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov polkovnik-leytenantı Kənan Əsədovu aparat rəhbəri təyin edib. Bununla bağlı sədr əmr imzalayıb. Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Əsədov Dövlət Gömrük Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin olunub. Əsədov 2023-cü ilin oktyabr ayından etibarən aparat rəhbərinin müavini vəzifəsində çalışırdı.

 

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq