Image

STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək

Sosial Tədqiqatlar Mərkəzi dezinfeksiya işlərinə 164.800 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb. 

Tenderin qalibi "CHİNGİZOGLU-CH"  MMCdir. 

Şirkət mərkəzə inzibati və texniki infrastrukturun kompleks istismar, texniki dəstək və sanitar-logistika təminatı üzrə xidmətlər göstərəcək. 

Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildə yaranıb. Mərkəzin əsas məqsədi ictimai rəyin öyrənilməsi, sosial tədqiqatların aparılması və bu sahədə elmi‑analitik fəaliyyətin təşkilidir. 

Gülnar 

 

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq