Image

Bu liseydə rus dilində tədris dayandırılır

Yeni tədris ilindən Hədəf Liseylərinin 1-ci sinifləri üçün rus bölməsinə qəbul dayandırılacaq. Bu barədə liseyin direktoru Şəmil Sadiq öz sosial hesabında yazıb. 

O bildirib ki, qərar liseyin yarımillik iclasında açıqlanıb.

 Şəmil Sadiq qeyd edib ki, bu addımın əsas səbəbləri rus bölməsinə tələbatın azalması və bilingval — Azərbaycan–ingilis dilli təhsil modelinə keçiddir. Rus dili bundan sonra ikinci xarici dil kimi təklif olunacaq, istəyənlər üçün öyrənmə imkanları saxlanılacaq.

Sadiq vurğulayıb ki, mövcud şagirdlər narahat olmasın: rus bölməsində təhsil alanlar 2-ci sinifdən etibarən əvvəlki proqramla oxumağa davam edəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci siniflərə aiddir.

Bundan əlavə, 2–9-cu siniflərin ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaq və Azərbaycan dili həftəlik 5–9 saat həcmində bütün bölmələrdə tədris olunacaq.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq