Image

Naxçıvan Ali Məclisində maliyyə pozuntuları aradan qaldırılmayıb

Naxçıvan MR Ali Məclisində və tabeli qurumlarında 2024-cü ildə dövlət vəsaiti və əmlakının istifadəsi ilə bağlı aparılmış audit zamanı aşkar edilən maliyyə pozuntuları hələ də aradan qaldırılmayıb.

Hesablama Palatasının hesabatına görə, aparatın sabiq əməkdaşına artıq hesablanmış 2 710,65 manat əməkhaqqı və 664,10 manat sığorta haqqı, ixtisas sinfi verilmiş sürücülərə 14 068 manat və 3 446,66 manat məbləğində vəsaitlər, podratçı ilə bağlanmış müqavilədə artıq ödənilmiş 2 871 manat, həmçinin mühasibat uçotundakı təhriflər hələ bərpa olunmayıb.

Audit zamanı Naxçıvanın İnkişaf və Müdafiə Fondunun bank hesabında 31,5 milyon manat məbləğində ciddi nöqsanlar da aşkarlanıb; gəlir mənbəyinə aid olmayan vəsaitlərin bərpası və büdcəyə köçürülməsi 2024-cü ildən indiyə qədər həyata keçirilməyib.

Qeyd olunur ki, bütün hallar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsindədir.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq