Image

Xaçmazda zəncirvari yol qəzası: bir nəfər xəsarət aldı

Xaçmaz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Gəndob–Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 VAZ-2107, “Toyota” və “Priora” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-2107 avtomobilində olan sərnişin xəsarət alıb.

Yaralıya tibbi yardım göstərilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti