Image

Dekabrda bahalaşan və ucuzlaşan məhsulların - siyahısı

2025-ci ilin dekabrında Azərbaycanda manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın qiymətlərində artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Eyni dövrdə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətləri isə ucuzlaşıb.

Digər qida məhsulları arasında noyabrda ciddi dəyişikliklər baş verməyib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Sumqayıtda ev yanıb - Video