Image

Azərbaycan Dəmir Yollarında blok-qatar və konteyner daşımaları artıb

AZCON Holding-ə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ildə 392 blok-qatar qəbul edib. Bu, 2024-cü illə müqayisədə 105 qatar və ya 37% artım deməkdir. Bu barədə Azərbaycan DƏmir Yolları məlumat yayıb. 

Məlumata görə, ötən il dəmir yolu ilə ümumilikdə 135 300 TEU konteyner yük daşınıb. Bu göstərici 2024-cü ilin nəticəsi olan 114 min TEU ilə müqayisədə təxminən 19% çoxdur.

 ADY son illər logistika infrastrukturunun genişləndirilməsi və beynəlxalq marşrutların cəlbediciliyinin artırılmasına yönəlmiş layihələr həyata keçirir.

Gülnar 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu