Image

İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində “Al Mayadeen”in müxbiri və operatoru həlak olub

Livanın "Əl Mayadeen" telekanalının müxbiri və operatoru İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə telekanalın direktoru Qassan bin Ciddo məlumat verib.

"Həmkarlarımız Fərəh Ömər və Rabi əl-Miamari İsrail tərəfinin zərbəsi nəticəsində həlak olublar”, - deyə o qeyd edib. 

“Al Wataniya” agentliyinin məlumatına görə, mətbuat işçilərindən başqa daha bir Livan vətəndaşı da həlak olub.

Zərbə Tair Harfa və Əl-Cibbeyn yaşayış məntəqələri arasındakı əraziyə endirilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb