Image

Paşinyan Davos İqtisadi Forumunda iştirak etməyəcək

 

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək Dünya İqtisadi Forumunda (Davos) iştirak etməyəcək. Bu barədə baş nazirin sözçüsü Nazeli Baqdasaryan açıqlamasında bildirib.

Məlumata görə, Paşinyanın forumda iştirakdan imtinasının səbəbləri açıqlanmayıb.

 56-cı Dünya İqtisadi Forumu 19–23 yanvar 2026-cı il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Tədbirdə dünyanın aparıcı ölkələrinin hökumət və dövlət başçıları, iri biznes strukturlarının rəhbərləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

Aytac 

 

Xəbər lenti

Kiyevdə matəm elan edilib