Karlov sui-qəsdinin planlayıcısı Kanadada tapıldı
Rusiya Federasiyasının Ankaradakı keçmiş səfiri Andrey Karlovun sui-qəsdinin planlayıcılarından biri kimi qiymətləndirilən FETÖ üzvü Cemal Karaatanın Kanadada gizləndiyi müəyyən edilib.
BAKU.WS xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı Karaatanın adını Salih Ada olaraq dəyişdirərək Kanadaya qaçdığını aşkar edib. Bildirilir ki, o, hazırda Kanadada psixoterapevt kimi fəaliyyət göstərir.
Təhlükəsizlik mənbələri Karaatanın FETÖ-nün MİT-in məxfi strukturunda mühüm vəzifələr tutduğunu, təşkilat daxilində "Sadıq" və "Yavuz" kod adlarından istifadə etdiyini bildirir.
Qeyd olunur ki, Karaata Kanadada olduğu müddətdə təşkilatın maddi dəstəyi ilə yaşayır.