Image

Masallıda 3 500 abonentinqazı kəsiləcək

Bu gün Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qaz xəttinin zədələnməsi qeydə alınıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3 500 abonentin qaz təchizatının saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib