Image

Ermənistanda benzin və dizelin qiyməti ucuzlaşıb

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə benzinin qiymətinin ucuzlaşdığını bildirib.Nazir bu barədə "Facebook" səhifəsində məlumat yerləşdirib.

Onun sözlərinə görə, benzinin qiymətində azalma təxminən 15 % təşkil edib.

"Benzinin qiyməti: dekabr ayının əvvəlində - 510 dram/l (təxminən 2 manat 30 qəpik - red.), indi - 430 dram/l (təxminən 1 manat 93 qəpik - red.). Fərq - 80 dram/l və ya −15,7 %.

Dizelin qiyməti: dekabr ayının əvvəlində - 480 dram/l, indi - 410 dram/l, fərq - 70 dram/l və ya −14,6 %", - Papoyan yazıb.

O qeyd edib ki, Azərbaycanın neft məhsullarını alan böyük yanacaqdoldurma stansiyası şəbəkələrindən biri yaxın günlərdə yanacağı daha ucuz qiymətlərlə satışa çıxaracaq.

Xəbər lenti

Kiyevdə matəm elan edilib