Image

Sabunçuda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Yanvarın 24-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalar zamanı 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək H.Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İstintaq tədbirləri davam etdirilir.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb