Image

Ötən il reabilitasiya xidməti göstərilən əliliyi olan şəxalərin sayı açıqlanıb

 2025-ci il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin reabilitasiya mərkəsində  əlilliyi olan 13 700 şəxs reabilitasiya və təminat xidmətləri ilə əhatə olunub. Bunu  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bildirib.

O bildirib ki, ümumilikdə 111 700 reabilitasiya və yardım vasitəsi təqdim edilib. Eyni zamanda, 1 050 nəfər əlilliyi olan şəxs xüsusi layihələr çərçivəsində əlavə təminatla əhatə olunub.

"2022-ci ildə bu sahədə 6 300 müraciət üzrə qiymətləndirmə aparılıb və 4 500 nəfər müvafiq təminatla təmin edilib. Təqdim olunan şəxslərin bir hissəsinə arxivləşdirilmiş və fərdi ehtiyaclara uyğun yardımçı vasitələr də verilib",- o bildirib.

O vurğulayıb ki, 2024-cü il layihələri çərçivəsində 1 700 nəfər təminatla əhatə edilib, 2025-ci ildə isə bu göstəricinin 7 200 nəfərə çatdırılması təmin olunub. Aytac

Mənbə: anews.az

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb