Image

2024-cü ildə Azərbaycanda bank kartlarından 22 milyon manatdan çox vəsait oğurlanıb

Ölkədə kibercinayətlərin sayı artır və vətəndaşların bank kartlarından oğurluq hallarının qarşısının alınması ölkə və bank sektoru üçün prioritetdir. Bunu  Milli Məclisinin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə kibermüdxilələr nəticəsində ölkədə 16 408 fakt qeydə alınıb, bu müddət ərzində vətəndaşların bank kartlarından 22 milyon manatdan çox vəsait oğurlanıb.

Bayramov vurğulayıb ki, bu halların böyük hissəsi xarici müdaxilə ilə əlaqədardır və hər gün bank kartlarından pulların oğurlanması ilə bağlı xəbərlər müşahidə edilir.

Deputat qeyd edib ki, vətəndaşların məlumatlandırılması və bank sektorunda kibercinayətlərin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi vacibdir. O, həmçinin “Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiqinə dair qanun layihəsinin əhəmiyyətini vurğulayıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti