Image

Tayland məktəbində 300-dən çox şəxs girov götürülüb

Taylandın cənubundakı Sonqxla əyalətində yerləşən məktəbdə silahlı hücum baş verib. “The Sun” nəşrinin məlumatına görə, naməlum şəxs atəş açıb.

Hadisə nəticəsində  300-dən çox insan girov götürülüb. 

Şagird və müəllimlər arasında yaralılar var

1 hücum edən şəxs olduğu bildirilir

Hadisə yerində təhlükəsizlik qüvvələri əməliyyat keçirir və məktəb ətrafı mühasirəyə alınıb. Girovların azad olunması istiqamətində danışıqların aparıldığı ehtimal edilir.

Rəsmi qurumlar tərəfindən hücumun motivi, yaralıların dəqiq sayı və girovların vəziyyəti ilə bağlı məlumat hələ açıqlanmayıb. Detallar dəqiqləşdirilir.

Aytac 

Xəbər lenti

Kiyevdə matəm elan edilib