Image

Qusarda bir nəfər tüstüdən boğularaq ölüb

Qusarda elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində bir nəfər ölüb. 

Hadisə dünən səhər saat 10 radələrində rayonun Aşağı Ləgər kəndində baş verib. 1993-cü il təvəllüdlü Ramik Müslümov tək yaşadığı fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində yaranan kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Kiyevdə matəm elan edilib