Image

"Qalatasaray"ın idman direktoru "Qarabağ"ın hansı futbolçusu üçün Bakıya gəlib?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail" - "Qarabağ" matçı keçirilib.

BAKU.WS xəbər verir ki, matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı ASKO Arena-da "Qalatasaray" klubunun idman direktoru Cenk Ergün də canlı izləyib.

Fəxri qonağın nə səbəbə Bakıya gəldiyi və matçı stadiondan izlədiyi açıqlanmır.

Qeyd edək ki, son günlər mətbuatda "Qalatasaray"ın "Qarabağ"ın sol cinah müdafiəçiləri Elvin Cəfərquliyev və Toral Bayramovla maraqlandığı haqda xəbərlər yayılmışdı.

"Qalatasaray" Türkiyə Super Liqa çempionluğu uğrunda "Fənərbağça" ilə rəqabətdədir.

İstanbul nəhənginin sol cinahında problemlərini "Qarabağ"ın futbolçuları hesabına həll edib-etməyəcəyi, bu səfərin həmin məsələ ilə əlaqəli olub-olmamasına yaxın günlərdə aydınlıq gələcək.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti