"Maska"nın qalibi "Canavar" oldu - VİDEO
"İTV"də yayımlanan "Maska" şousu yekunlaşıb.
BAKU.WS xəbər verir ki, qısa müddətdə özünə xeyli tamaşaçı auditoriyası toplayan şouda sona qalan iştirakçıların və qalibinin kimliyi açıqlanıb.
"Maska"nın qalibi "Canavar" olub. Bu maskanın altından müğənni Dilarə Kazımova çıxıb.
Auditoriya uzun müddətdir müzakirələrə səbəb olan "Alov" obrazında olan iştirakçının maskasının açılmasını istəyib.
Bu Avroviziya təmsilçimiz müğənni Nadir Rüstəmli olub.
Şouda "Cırtdan" obrazının da maskasının açılmasını istənilib.
Bu isə müğənni Eldar Qasımov olub.
"Qorilla" obrazı isə Xalq artisti Miri Yusif olub.
Məlumat üçün bildirək ki, "Maska" şousunda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva əyləşiblər.
BAKU.WSMənbə: baku.ws