Image

Borcu geri ala bilmədikdə nə etmək lazımdır? - "Əgər müqavilə olmazsa..."

Borc vermək və borc almaq ifadələri ilə gündəlik həyatda tez-tez rastlaşırıq. İnsanların əksəriyyəti borc verdikdən sonra pulunu geri ala bilmir.

Bəs bu kimi hallarla rastlaşmamaq üçün borc verən və borc alan zaman nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Gundem.az-a danışan vəkil Vamiq Şükürov bildirib ki, borc alan öz maddi vəziyyəti ilə əlaqədar aldığı borcu vaxtında qaytara bilmir.

“Kiməsə borc verən zaman notariat qaydada müqavilə bağlanmalıdır. Gələcəkdə müəyyən bir problem olan zaman məhkəmə qaydası ilə borcu geri almaq mümkündür. Həmin müqavilədə müəyyən bir müddət göstərilir. Həmin müddət ərzində borc alan pulu hissə-hissə ödəməlidir. Qanunvericiliyə görə, 3000 manatdan çox borc verərkən yazılı müqaviləyə üstünlük verilməlidir. Şifahi müqavilə bağlayan zaman isə şahidlərin olması önəmli faktordur”.  (Sfera.az) 

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Azərbaycan nefti bahalaşıb

Baş nazirdən yeni qərar