Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
TƏBİB Vüqar Qurbanovun vəzifədən azad olunmasını təsdiq edib.
Qurumdan bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.
Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
***
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Bu barədə Bakupost məlumat paylaşıb.
Sayt yazır ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Məsələ ilə bağlı TƏBİB-dən mövqe almaq mümkün olmayıb.
Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilib.
Mənbə: anews.az