Image

Ağdamda tələbə dərmandan zəhərlənib

Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb. Bu barədə Apa məlunat yayıb.

hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir. A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti