Image

İkiqat Olimpiya mükafatçısı səs verib: "Vətəndaşlıq borcumu yerinə yetirdim"

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, səs verənlər arasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov da var.

İkiqat Olimpiya mükafatçısı (1 qızıl, 1 gümüş medal) və Avropa çempionu 27 saylı Xətai seçki dairəsinə gələrək öz namizədinə səs verib.

T. Əsgərov daha sonra seçkilərlə bağlı təəssüratlarını bölüşüb:

"Tarixi anlara şahidlik edirik. Ərazi bütövlüyümüzün bərpasından sonra ilk prezident seçkiləridir. Vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə xoşbəxtəm. Azərbaycan üçün xeyirli olsun".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti