Image

Son yeddi ayda Qarabağa nə qədər xarici turist səfər edib? - Rəsmi

2025-ci ilin iyulundan bu günə qədər işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün 3692 nəfər xarici ölkə vətəndaşına portal üzərindən icazə verilib. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. 

Xarici ölkə vətəndaşlarına işğaldan azad edilmiş ərazilərə müvafiq icazə almaqla səfər etmək imkanı 2025-ci il iyulun 23-dən yaradılıb.

Vətəndaşlar www.yolumuzqarabaga.az  portalında qeydiyyatdan keçərək bu ərazilərə səfər edirlər.

Səfərlər fərdi nəqliyyat vasitələri ilə həm fərdi qaydada, həm də qrup halında həyata keçirilir. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti