Azərbaycanlı aktrisa evində səs verdi - VİDEO
Aktrisa Məsumə Babayeva bu gün keçirilən növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
BAKU.WS xəbər verir ki, səhhətində problem olan Babayeva evində daşınan seçki qutusu vasitəsilə səs verib.
Bu barədə aktrisa sosial şəbəkədə görüntülər yayımlayıb.
Məlumat üçün bildirək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib.
BAKU.WSMənbə: baku.ws