“Məni Vətənimə qaytaran övladıma - İlham Əliyevə səs verirəm" - Flora Kərimova kövrəldi + VİDEO
Xalq artisti Flora Kərimova səsvermə zamanı göz yaşlarını saxlaya bilməyib.
Gundem.az sfera.az-a istinadən xəbər verir ki, xalq artisti bülleteni sandığa atarkən İlham Əliyevə səs verdiyini deyib:
“Məni Vətənimə qaytaran, Vətəni mənə Vətən edən, başımı uca saxlayan, namusumuzu qoruyan, nəhəng övladıma - İlham Əliyevə səs verirəm. Əcəb edirəm”.
Mənbə: gundem.az