Image

50 yaşdan yuxarı şəxslərdə ən çox rast gəlinən xərçəng növləri

Döş xərçəngi və prostat xərçəngi 50 yaşdan yuxarı qadınlarda və kişilərdə ən çox rast gəlinən şişlərdir.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat dərc edib.

Britaniyada hər il 375 mindən çox xərçəng diaqnozu qoyulur.

Statistikalar göstərir ki, hər iki insandan biri həyatı boyunca xərçəng xəstəliyinə tutulacaq.

Bununla belə, bəzi xərçəng növləri müəyyən yaş qrupları üçün xarakterikdir. Uşaqlarda və gənclərdə ən çox rast gəlinən növlər beyin şişləri, leykemiya və limfomadır. 50 yaşdan yuxarı kişilərdə digər şişlərlə müqayisədə prostat xərçəngi (43 min hal), qadınlarda isə süd vəzi xərçəngi (illik təxminən 50 min hal) daha çox inkişaf edir.

Xərçəngə yoluxma hallarının 36%-i 75 yaşdan yuxarı, 54%-i 50-75 yaş arası, 9%-i isə 25-49 yaş arası insanlarda baş verir.

Yayılma baxımından ilk 10-luğa kolon xərçəngi, ağciyər xərçəngi, lenfoma, böyrək xərçəngi, mədəaltı vəzi xərçəngi, sidik kisəsi xərçəngi, ağız xərçəngi və farenks xərçəngi daxildir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Baş nazirdən yeni qərar