Ata Demirer yeni obrazı ilə hər kəsi təəcübləndirdi - FOTO
Artıq çəkilərindən azad olan aktyor və komediyaçı Ata Demirer sevdiklərini təəccübləndirməyə davam edir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, instaqramda yeni fotosunu paylaşan Ata xarici görünüşü ilə xeyli diqqət çəkib.
O "Leon" obrazında olan şəkilini izləyiciləri ilə bölüşüb.
Aktyorun yeni görünüşü hər kəsi şoka salıb və olduqca böyük müzakirələr yaradıb.
30 kiloqram arıqlamağı ilə gündəmdən düşməyən Ata artıq çəkilərindən necə xilas olduğunu belə açıqlamışdı:
"30 kiloqram arıqladım. Orada-burada oxuyuram ki, haqqımda bağırsaqlarımı yudurtduğumu, mədə əməliyyatı olduğumu söyləyiblər. Bilməyənlər bilsinlər ki, mən normal qidalanıb, müntəzəm idman etməklə arıqlamışam. Bir anda 30 kiloqram arıqlamadım. Bu çəkini atmaq 2.5 il vaxtımı aldı".
BAKU.WS